İrəvan xanlığında Gərnibasar mahalının (9.9.1930 ildən Qəmərli, 4.9.1945 ildən Artaşatrnu) düzənlik hissəsində, Gərni çayının sol kənarında azərb.ların yaşadığı kənd. 1918 ildə kənd erməni daşnakları tərəfindən dağıdılmış, evlər yandırılmış, əhalisinin bir hissəsi qətlə yetirilmişdir. Sağ qalanlar Araz çayını keçərək Türkiyə və Cə nubi Azərb.a köçmüşlər. 1922 ildə geri qayıtmış kənd əhalisi 1948–49 illərdə Azərb.a deportasiya olunmuş və kənd ləğv edilmişdir.