CİNLİ –Azərb. Resp. Ağdam r-nunun Əlimədətli ə.d.-ndə kənd. R-n mərkəzindən 31 km şm.-q.-də, Qarabağ düzündədir. Əh. 355 (2011); işğaldan (1993, iyul) əvvəl heyvandarlıq, taxılçılıq və üzümçülüklə məşğul olmuşdur. Orta məktəb, klub, kitabxana, tibb məntəqəsi var idi.