Azərbaycan Milli Ensiklopediyası
V CİLD (BRYÁNKA - ÇƏRMƏDİL NEKROPOLU)
    CUNQARİYA DÜZƏNLİYİ

    CUNQÁRİYA DÜZƏNLİYİ, Cunqariya çökəkliyi, Cunqariya – Çinin şm.-q.-indədir. Sah. təqr. 380 min km2. Şm.-da Monqol Altayı d-rı, c.-da Şərqi Tyanşan silsilələri ilə sərhədlənir. 400– 1000 m yüksəkliklər üstünlük təşkil edir (minimal 189 m, Ebi-Nur gölü). C.d.-nin böyük mərkəzi hissəsini səhralar təşkil edir; qum tirələri və barxan massivləri var; dağ ətəkləri çınqıllı-çaqıldaşılı düzənliklərdən ibarətdir. Tyanşanın ş. ətəklərində takırlar və şoranlıqlar yayılmışdır. Düzənliyin kənarları boyu vahələr zolağı yerləşir. C.d. çöküntülərin akkumulyasiyası ilə müşayiət olunan müasir enmələr nəticəsində formalaşmışdır. Qalın qədim və müasir örtük çöküntülərindən təşkil olunmuşdur. Neft yataqları var. İqlimi mülayim kontinentaldır; quru soyuq qışı (yanvarın orta temp-rları –16-dan –20°C-yədək), quru isti yayı (iyulun orta temp-rları 22–26°C) var. Böyük illik (80°C-yə qədər) və sutkalıq (25°C-yə qədər) temperatur amplitudları səciyyəvidir. Tez- tez güclü küləklər əsir. Yağıntının illik miqdarı 200 mm, dağətəyi düzənliklərdə 600 mm-ədəkdir. Böyük çayları Manas və Urunqudur. Irtış çayının yuxarı axını C.d.- nin şm.-ındadır (burada o Qara İrtış adlanır). Bütün çaylar (Qara Irtış çayından başqa) daxili axım hövzəsinə aiddir. Çayların böyük hissəsindən ətraf ərazilərin suvarılmasında istifadə olunur. Əksər çayların məcraları yalnız arabir yağan güclü yağışlar nəticəsində su ilə dolur. Yerli əhali quru çay yataqları boyu qazılmış su quyularından istifadə edir. Düzənliyin q.-ində bir neçə iri göl (Ebi-Nur, Manas, Baqa-Nur, Telli-Nur, Ulyunqur) var.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
BRYÁNKA – ÇƏRMƏDİL NEKROPOLU