ÇİNARLI – Azərb. Resp. Biləsuvarrnunda kənd. Çinarlı ə.d.-nin (Çinarlı, Aranlı k. ləri daxildir) mərkəzi. Rn mərkəzindən 7 km şm.ş.də, Muğan düzündədir. Әh. 806 (2011); əkinçilik və heyvandarlıqla məşğuldur. Tam orta məktəb, feldşermama məntəqəsi, kitabxana var.