ÇİNARTALA – Azərb. Resp. Xaçmaz r-nunda kənd. Çinartala ə.d.-nin (Çinartala, Ağaşirinoba, Qıraqlı, Manafoba, Palçıqoba k.-ləri daxildir) mərkəzi. R-n mərkəzindən 12 km şm.q.-də, Qusar çayının sol sahilində, Samur-Dəvəçi ovalığındadır. Әh. 859 (2011); maldarlıq, əkinçilik və bağçılıqla məşğuldur. Tibb məntəqəsi var.