ÇAD (Tchad, Chad) – Mərkəzi Afrikada Nigeriya, Niger, Çad və Kamerunun həmhüdud ərazilərində axarsız göl. 240 m yüksəklikdə, geniş və hamar depressiyada yerləşir. Uz. 270 km, eni 150 km-ədəkdir. Sah. 10–26 min km2 (səviyyənin çoxillik tərəddüdü ilə əlaqədar olaraq dəyişir), dərinliyi uyğun olaraq 4–11 m. Yüksək rütubətli iqlim epoxalarında (sonuncu 5–6 min il bundan əvvəl) gölün sah. 400 min km2-ədək çatmışdır. Q. və c. sahilləri alçaqdır; əksər hissəsi bataqlaşmışdır. Şm.-ş. və ş. sahilləri kəskin parçalanmışdır; çoxlu adalar var. Şari, Komaduqu-Yobe və bir neçə kiçik çaylar Ç. gölünə tökülür.
Səviyyənin ortaillik tərəddüdü təqr. 1 m-dir. Çayların mənsəbi yaxınlığında gölün suyu şirin, qalan hissədə az duzludur; minerallaşmanın zəif olması suyun daima dəyişməsi ilə əlaqədardır; ətraf ərazilərin qrunt su hövzələri göldən qidalanır. Lamantin, begemot, timsah, çoxlu su və bataqlıq quşları var. Balıq ovlanır. Şari və Komaduqu-Yobe çaylarının mənsəbləri arası gəmiçiliyə yararlıdır. Gölün şm.-ş. sahilində təbii soda yataqları var. 70-ci illərin əvvəlindən başlanmış və 1985 ilədək davam edən quraqlıq nəticəsində gölün və onun ətraf sahələrinin ekologiyasına, təsərrüfatına böyük ziyan dəymişdir.
Чад эюлц. Чад.