ÇİNK (qazax və türkmənlərdə ş ı n) – plato, yaxud masa dağların uçurumlu kənar çıxıntıları. Termin Qazaxıstan, Türkmənistan və Özbəkistanda yayılmışdır. Üstyurd platosunun kənar uçurumlarını Ç.-ə misal göstərmək olar. Ç.-in hünd. 300–350 m-ə dək çatır. Ç.-lər eroziya, denudasiya, yaxud tektonik mənşəli olurlar.