ÇİN-KOREYA PLATFORMASI, S i n i y q a l x a n ı – Şərqi Asiyada Kembriyəqədərki platforma. Xuanxe çayı hövzəsinin orta və aşağı axınını, Koreya, Lyaodun və Şandun y-a-rını və Sarı dəniz akvatoriya sının dibini əhatə edir. Böyük Çin düzənliyi platforma hüdudlarındadır. Arxey və Proterozoy yaşlı qranitlərdən, qneyslərdən və kristallik şistlərdən ibarət bünövrə süxurları Koreya, Lyaodun, Şandun yarında və Şansi əyalətində səthə çıxır. Platforma Şimali Çin plitəsini, Siniy-Koreya qalxanını və Şərqi-Çin enməsini özündə birləşdirir. Platformanın bünövrəsi düzənlik və şelf zonalarında geniş yayılmış, zəif dislokasiyaya uğramış Üst Proterozoy, Alt və Üst Paleozoy, Mezozoy və Kaynozoy yaşlı örtük çöküntülərlə örtülmüşdür. Ç.-K.-p.-nda dəmir filizlərinin, daş kömür və boksitin iri yataqları, həmçinin yanar şist, neft və qaz, qızıl, volfram, sürmə, mis və polimetal filiz yataqları var.