ÇİR – RFdə, Rostov və Volqoqrad vil.-lərində çay. Donun sağ qolu. Uz. 317 km, hövzəsinin sah. 9580 km2. Don tirəsindən başlanır. Simlyansk su anbarına tökülür. Әsasən, qar suları ilə qidalanır. Mart–aprel də gursulu olur. Aşağı axınında ortaillik su sərfi 15,8 m3/san-dir. Surovikino ş. Ç.-in mənsəbi yaxınlığındadır.
-