ÇİRAQUZ – Azərb. Resp. Xocavənd r-nunda kənd. Çiraquz ə.d.-nin (Çiraquz, Məmməddərə, Tsakuri k.-ləri daxildir) mərkəzi. R-n mərkəzindən 47 km c.q.-də, Qa rabağ silsiləsindədir. Әh. 85 (2011); işğaldan (1992, oktyabr) əvvəl üzümçülük və baramaçılıqla məşğul olmuşdur. Səkkizillik məktəb, klub, kitabxana, feldşer mama məntəqəsi var idi.