ÇİRÇİK – Özbəkistanın Daşkənd vil.-ndə çay. Sırdəryanın sağ qolu. Uz. 161 km, hövzəsinin sah. 14,9 min km2. Çatkal və Pskem çaylarının birləşməsindən əmələ gəlir. Qidalanması qarışıqdır, qar suları üstünlük təşkil edir. Ortaillik su sərfi Xocakənd k. yaxınlığında 227, mənsəbində 119 m3/san-dir. Noyabrdan martadək donmuş olur. Üstündə SESlər kaskadı tikilmişdir. Su varmada istifadə edilir. Qazalkənd, Çirçik, Daşkənd ş.-ləri Ç. dərəsindədir.