ÇİRÇİR –İrəvan qub.-nın Yeni Bayazid qəzasında (31.12.1937 ildən Sevan r-nu) azərb.-ların yaşadığı kənd. 19 əsrin əvvəl lərində Rusiyanın İrəvan xanlığına hücumu zamanı kənd dağıdılmış, əhalisi kənddən çıxarılmışdır. 1829–30 illərdə kənddə Türkiyədən köçürülmüş ermənilər yerləşdirilmişdir. 26.4.1946 ildə kəndin adı dəyişdirilərək Varser qoyulmuşdur.