ÇİRİKOV Aleksey İliç (1703 – noyabr 1748, Moskva) – rus dəniz səyyahı, kapi tankomandor. Dəniz akademiyasını bitirmişdir (1721). 1725–30 və 1733–43 illərdə 1-ci və 2-ci Kamçatka ekspedisiyalarında V.Berinqin köməkçisi olmuşdur. 16 iyul 1741 ildə “Müqəddəs Pavel” gəmisində Şimali Amerikanın q. sahillərinə çıxan ilk avropalıdır; burada Aleut arından bir neçəsini kəşf etmişdir. 1742 ildə Berinqin kapitanı olduğu “Müqəddəs Pyotr” gəmisinin axtarışına çıxmış, Attu a.-nın yerini dəqiqləşdirmişdir. Sakit okeanda rus kəşf lərinin yekun xəritəsinin tərtib olunmasında iştirak etmişdir (1746). Küsü a.-nda, Anadır
körfəzində, Tau qubasında, Attu a.-nda burunlara, Sakit okeanda sualtı dağa və Alyaska körfəzində adaya Ç.-un adıveril mişdir.
Əd.: Дивин В.А. Великий русский морепл аватель А.И. Чириков. М., 1953; yenə onun. Русские мореплаватели на Тихом океане в XVIII веке. М., 1971.