ÇİRİKOV ADASI – Sakit okeanda, ABŞın Alyaska ştatı sahillərində ada. Alyaska körfəzinin c.-q. sahilindədir. Sah. təqr. 160 km2. Hünd. 300 m-ədək. Subarktik çəmənlər yayılmışdır. Malqara yetişdirilir. Adanı 1741 ildə A.İ.Çirikov kəşf etmişdir. 1798 ildə ingilis dəniz səyyahı C. Vankuver tərəfindən onun şərəfinə adlandırılmışdır.