ÇİRİŞ – Yelizavetpol (Gəncə) qub.-nın Zəngəzur qəzasında (9.9.1930 ildən Qafan r-nu) azərb.ların yaşadığı kənd. 1918 ildə erməni-daşnak hücumları nəticəsində əhalisi qovulmuş, 1922 ildə geri qayıdan əhali kəndi yenidən abadlaşdırmışdır. 1950 ildə kənd ləğv edilərək əhalisi qonşu Kurud və Kirs k.-lərinə köçürülmüşdür. 1988 ildə çirişlilər bu kəndlərin əhalisi ilə birgə qovularaq Azərb. Resp.-nın müxtəlif bölgələrində məskunlaşmışlar.