ÇİRKA-KEM – RFnin Kareliya Resp.nda çay. Kem çayının (Ağ dəniz hövzəsi) sağ qolu. Uz. 221 km, hövzəsinin sah. 8270 km2. Başlanğıclarını Qərbi Kareliya yüksəkliyindən götürən Çirka və Kem çaylarının birləşməsindən yaranır. Axını boyu bir sıra göllərdən keçir. Qar və yağış suları ilə qidalanır. Ortaillik su sərfi təqr. 81 m3/san-dir. Oktyabrın sonundan (yaxud dekabrdan) aprelin sonunadək (yaxud mayadək) donmuş olur.
-