ÇAD ARTEZİAN HÖVZƏSİ – Çad ərazisini, Nigeriyanın şm.-q.-ini, Nigerin ş.- ini və Əlcəzairin c.-ş.-ini əhatə edir. Sah. 1,64 mln. km2-dir. Struktur cəhətdən Çad sineklizi və onu haşiyələyən Kembriyəqədər massivlərin (Daqomeya-Nigeriya, Ahaqqar, Tibesti, Kamerun) yamacları hüdudlarındadır. Alt Tabaşirin süxurları ilə əlaqədar şirin suyun proqnoz ehtiyatı 20 min km3, Pliosen-Dördüncü dövr süxurları ilə əlaqədar isə 3,6 min km3-dir. Alt Tabaşir çöküntülərindəki sular hidrokarbonatlı-kükürdlü-kalsiumlu-maqneziumludur; quyuların debiti 0,1–8 l/san-dir. Pliosen-Dördüncü dövr çöküntülərindəki sular hidrokarbonatlı-natriumlu və kükürdlü-hidrokarbo- natlı-natriumludur; 5–10 m dərinlikdə qrunt sularının artezian quyularında debiti 2,5–30 l/san-dir. 400 m-dən yuxarı dərinlikdə sular basqılıdır, quyuların debiti 5–10 l/san təşkil edir.