ÇADIRLI (2008 ilədək Şatrovka) – Azərb. Resp. Salyan r-nunun Qaraçala ə.d.-ndə kənd. R-n mərkəzindən 39 km şm.-da, Salyan–Şirvan avtomobil yolu kənarında, Kür çayının sol sahilində, Cənub-Şərqi Şirvan düzündədir. Əh. 1515 (2011); əkinçilik və heyvandarlıqla məşğuldur. Ümumi orta məktəb, klub, kitabxana, tibb məntəqəsi var.