ÇAXIRLI – Azərb. Resp. Cəbrayıl r-nunun Mehdili ə.d.-ndə kənd. R-n mərkəzindən 31 km c.-ş.-də, Araz çayının sol sahilində, düzənlikdədir. Əh. 694 (2011); işğaldan (1993, avqust) əvvəl heyvandarlıq, taxılçılıq, üzümçülük, baramaçılıqla məşğul olurdu. Orta məktəb, kitabxana, tibb məntəqəsi var idi.