ÇAXIRLI, Qızılbulaq – İrəvan xanlığının Göyçə mahalında (9.9.1930 ildən Basarkeçər, 11.6. 1969 ildən Vardenis r-nu), Göyçə gölünün c.-q. sahilində, Qızılbulaq çayının kənarında azərb.-ların yaşadığı kənd. İlkin mənbələrdə kəndin adının Qızılbulaq, ikinci adının isə Çaxırlı olduğu qeyd edilmişdir. 1918–19 illərdə kənd erməni-daşnak təcavüzünə məruz qalmış, əhalisi qovulmuş və burada Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1922 ildə kəndin keçmiş sakinlərindən bir hissəsi geri qayıtmışdır. 25.1.1978 ildə kəndin adı dəyişdirilərək Sovetakert, 19.4.1991 ildə isə yenidən dəyişdirilərək Xaçaxpyur qoyulmuşdur. 1988 ilin noyabr-dekabr aylarında kəndin bütün azərb. əhalisi növbəti dəfə doğma yurdundan deportasiya olunmuşdur.