ÇAXMAQ – İrəvan qub.-nın Aleksandropol (Gümrü) qəzasında (9.9.1930 ildən Amasiya r-nu), Arpaçayın sağ sahilində azərb.-ların yaşadığı kənd. 1916–18 illərdə kənd erməni təcavüzünə məruz qalmış, dağıdılmış, əhalisi isə Türkiyə ərazisinə köçmüşdür. 1922 ildə geri qayıtmış əhali kəndi yenidən bərpa etmişdir. Bu zaman kəndə xaricdən gəlmə ermənilər də yerləşdirilmişdir. 1988 ildə kəndin bütün azərb. əhalisi yenidən deportasiyaya məruz qalmışdır. 19.4.1991 ildə kəndin adı dəyişdirilərək Kamxut qoyulmuşdur.