ÇAXMAQDAŞI – silisium-oksidin (kvars, xalsedon, nadir hallarda opalın) kristallik və amorf aqreqatı. Təbiətdə əhəngdaşı və yazı tabaşiri arasında konkresiya və lay şəklində geniş yayılmışdır. Çöküntülərin diagenezi, süxurların katagenezi və aşınma zamanı əmələ gəlir. Rəngi sarımtıl-bozdan qarayadək dəyişir. Sərtliyi 7, sınması qabıqvarıdır. Qoparıldıqda iti kəsici uc əmələ gətirdiyindən insanlar C.-dan Dəmir dövrünədək daş alətlər hazırlanmasında və s. istifadə etmişlər.
Чахмагдашы.