ÇAQOS ARXİPELAQI – Hind okeanında arxipelaq. Sah təqr. 200 km2. Sualtı Maldiv silsiləsinin mərcan rifləri ilə haşiyələnmiş 5 qrup mərcan atollarından ibarətdir. Kakos palması yetişdirilir. Balıqçılıq inkişaf etmişdir. Ən böyük adası (25 km2) Diyeqo-Qarsiadır (1973 ildən ABŞ-ın hərbi bazası yerləşir).
Чагос архипелагы. Диего-Гарсиа адасы.