ÇİVӘ – İrəvan qub.-nın Şərur-Dərələyəz qəzasında (15.10.1931 ildən Keşişkənd, 3.1.1935 ildən Mikoyan, 6.12.1957 ildən Yeheqnadzor r-nu), Yelpin çayının (Arpa çayının sağ qolu) hər iki sahilində yerləşən azərb.ların yaşadığı kənd. 1918 ildə kənd erməni daşnakları tərəfindən dağıdılmış, əhalisi qovulmuşdur. 1922 ildə kəndin qaçqın əhalisinin bir hissəsi geri qayıtmış, kəndi yenidən bərpa etmişdir. 1949–50 illərdə kəndin əhalisi deportasiya olunaraq Azərb. Resp. Bərdə rnunun İmirli və Həsənqaya k.lərinə yerləşdirilmişdir. 1953 ildən sonra onların bir hissəsi kəndə qayıtmış, lakin 1988 ildə yenidən deportasiya olunmuşdur.
-