ÇİYNİ – Azərb. Resp. Ağsu r-nunda kənd. Çiyni ə.d.-nin (Çiyni, Bəyimli k.-ləri daxildir) mərkəzi. Rn mərkəzindən 25 km c.-q.-də, Girdiman çayının dərəsindədir. Әh. 934 (2011); heyvandarlıq və əkinçiliklə məşğuldur. Tam orta məktəb, mədəniyyət evi, kitabxana, tibb məntəqəsi var.