ÇJOUŞÁNSYUNDAO ARXİPELAQI – Şərqi Çin dənizində adalar qrupu. Çinin sahillərində, Xançjouvan və Syanşanqan körfəzlərinin girişindədir. Sah. 1554 km2 (ən iri adası – Çjouşandao). Hünd. 500 m-ədək. Kol bitkiləri yayılmışdır. Balıq ovlanır. Әn iri şəhəri Çjouşandır (Çjouşandao a.-nda).