ÇJUTSZYÁN, M i r v a r i ç a y ı – Çinin c.-ş.-ində çay. Sitszyan çayı deltasının sol (şm.) qolu. Cənubi Çin dənizinin Çjutszyan kou buxtasına tökülür; uz. 40 km-dən çox olan estuari əmələ gətirir. Quançjou dəniz portu estuarinin yuxarı hissəsindədir. Gəmiçilik, balıqçılıq, mirvari tədarükü inkişaf edib. Çox vaxt “Ç.” adını bütün Sitszyan çay sisteminə aid edirlər.