ÇJUTSZYANKÓU, K a n t o n k ö r f ə z i – Çinin c.-ş. sahillərində Cənubi Çin dənizinin buxtası. Uz. 63 km, girişdə eni 31 km, dərinliyi 26 m-ədəkdir. Çoxsaylı kiçik adalar və dayazlıqlar var. Hünd. 2,5 m-ə çatan qarışıq qabarmalar olur. Körfəzə Sitszyan çayı deltasının çoxsaylı qolları tökülür. Quançjou (Kanton) portu Çjutszyan qolundadır. Buxtanın girişində Syanqan portu yerləşir.