ÇOBANABDALLI – Azərb. Resp. Samux r-nunda kənd. Çobanabdallı ə.-d.-nin (Çobanabdallı, Qarabağlar k.-ləri daxildir) mərkəzi. R-n mərkəzindən 6 km ş.-də, Gəncə Qazax düzənliyindədir. Әh. 2623 (2011); əkinçilik və heyvandarlıqla məşğuldur. Tam orta məktəb, uşaq bağçası, kitabxana, mədəniyyət evi, tibb məntəqəsi, poçt, ATS var.