ÇOBANGӘRӘHMӘZ – Azərb. Resp. Kəlbəcər r-nunun Әsrik ə.-d.-ndə kənd. R-n mərkəzindən 49 km c.-ş.-də, Tutqunçayın (Tərtər çayının qolu) sahilində, dağətəyi ərazidədir. Әh. 78 (2011); işğaldan (1993, aprel) əvvəl heyvandarlıq və tütünçülüklə məşğul olmuşdur. Klub, kitabxana, feldşer mama məntəqəsi var idi.