ÇOBANGÖRÜKMӘZ, Ç o b a n g ə r ə h m ə z , Q a ş q a y o l – İrəvan xanlığının Qırxbulaq mahalında (9.9.1930 ildən Kotayk, 12.10.1961 ildən Abovyan r-nu), Zəngi çayının yuxarı axarında azərb.ların yaşadığı kənd. 19 əsrin əvvəllərində Rusiyanın İrəvan xanlığına hücumu zamanı kənd tamamilə dağıdılmış, bir müddət sonra azərb. əhali tərəfindən yenidən məskunlaş dırılmışdır. 1918 ildə kənd ermənidaşnak silahlı qüvvələri tərəfindən hücuma məruz qalaraq tamamilə dağıdılmış, qovulan əhali isə Azərb.-ın Kəlbəcər r-nunda yerləşərək, burada Çobangərəhməz adlı yeni kənd salmışlar.
-