ÇOBANKӘRӘ, B ö y ü k Ç o b a n k ə r ə – İrəvan xanlığının Zəngibasar mahalında (31.12.1937 ildən Zəngibasar, 14.1.1969 ildən Masis r-nu), Әləyəz və Qarnıyarıq d-rı arasında azərb.-ların yaşadığı kənd. Әhalisi 1918 ildə ermənidaşnak silahlı dəstələri tərəfindən hücuma məruz qalmış və Türkiyəyə sığınmışdır. 1919–20 illərdə əhalinin əksəriyyəti Türkiyədən Cənubi Azərb.-a, oradan da Naxçıvana köçərək, Babək r-nunun Şıxmahmud, Әliabad, Şərur rnunun Xanlıqlar, Püsyan kəndlərində məskunlaşmışdır. 1922 ildə kənd əhalisinin bir hissəsi doğma kəndlərinə qayıtmışdır. Lakin 1940-cı illərdə Ermənistan rəhbərliyi onları qonşu Mehmandar k.-nə kö çürmüş, Ç.k.-ni isə ləğv etmişdir. 1948 ildə Mehmandar kəndinin əhalisi bütünlüklə Azərb.-ın Ağcabədi r-nuna deportasiya olunmuşdur. Sonralar Mehmandar k.-nə geri qayıdanlar 1988 ildə yenidən qovulmuşlar.