ÇOBANMAZ, Ç o b a n g ə r ə h m ə z – İrəvan xanlığının Abaran mahalında (9.9. 1930 ildən Abaran, 3.1.1935 ildən Aparan r-nu), Abaran çayının yuxarı axarında azərb.-ların yaşadığı kənd. 19 əsrin əvvəllərində kəndin azərb. əhalisi qovulmuş, 1830 ildə isə Ç.-da Türkiyədən köçürülmüş erməni ailələri yerləşdirilmişdir. Az sonra ermənilər kəndi tərk etmiş və burada yezidi kürdlər məskunlaşmışlar. 25.1.1978 ildə kəndin adı dəyişdirilərək Avşen qoyulmuşdur.