ÇALBAYIR SİLSİLƏSİ – Azərb. Resp. Laçın r-nunda silsilə. Şəlvə və Piçənis çayları (Həkəri çayı hövzəsi) arasındadır. Mıxtökən silsiləsinin c.-ş. qollarından birini təşkil edir. Uz. 18,5 km. Yamaclarında meşələr (fındıq, vələs, palıd), suayırıcında çəmənliklər üstünlük təşkil edir.