ÇALBURUN – Azərb. Resp. Gədəbəy r-nunda kənd. Çalburun ə.d.-nin mərkəzi. R-n mərkəzindən 18 km c.-da, dağ ətəyindədir. Əh. 1844 (2011); heyvandarlıq və əkinçiliklə (kartofçuluq) məşğuldur. Tam orta məktəb, uşaq bağçası, mədəniyyət evi, 2 kitabxana, tibb məntəqəsi var.