ÇALDAŞ – Azərb. Resp. Gədəbəy r-nunda kənd. Çaldaş ə.d.-nin (Çaldaş, Səbətkeçməz k.-ləri daxildir) mərkəzi. R-n mərkəzindən 13 km c.-q.-də, Çaldaş çayının (Şəmkir çayının sol qolu) sahilində, dağ ətəyindədir. Əh. 1196 (2011); heyvandarlıq və əkinçiliklə (kartofçuluq) məşğuldur. Tam orta məktəb, mədəniyyət evi, kitabxana, tibb məntəqəsi var. Çaldaş mineral su bulağı bu ərazidədir.