ÇALXANQALA – Azərb. Resp. Babək r-nunda (Nax. MR) kənd. Çalxanqala ə.d.- nin mərkəzi. R-n mərkəzindən 33 km şm.- q.-də, Dərələyəz silsiləsinin c. ətəyindədir. Əh. 2290 (2011); əkinçilik, üzümçülük və heyvandarlıqla məşğuldur. Tam orta məktəb, musiqi məktəbi, mədəniyyət evi, kitabxana, poçt şöbəsi, ATS, ambulatoriya, baytarlıq məntəqəsi var. Yaxınlığındakı qədim Çalxanqala qalasının adı ilə adlandırılmışdır.