ÇALLI – Azərb. Resp. Zərdab r-nunda kənd. Çallı ə.d.-nin mərkəzi. R-n mərkəzindən 12 km şm.-da, Zərdab–Ucar avtomobil yolu kənarında, Şirvan düzündədir. Əh. 3245 (2011); əkinçilik, heyvandarlıq və quşçuluqla məşğuldur. Tam orta məktəb, uşaq bağçası, kitabxana, xəstəxana var.