ÇOXİLLİK DONUŞLUQ, D a i m i d o n u ş l u q, Ç o x i l l i k d o n u ş l u q s ü x u r l a r ı – uzun müddət (bir neçə ildən min illərə qədər) donmuş halda olan torpaq örtüyünün üst səthindən bir qədər dərində yerləşən mənfi temp-rlu, buzlu süxurlar. Ç.d. süxurları kriolitozonanın əsas kütləsini təşkil edir; əsasən, Şimal yarımkürəsində (Avrasiyanın şm.-ı və Şimali Amerikada) yayılmışdır; qurunun təqr. 25, RF ərazisinin (Avropa hissəsinin, Qərbi Sibir və Yenisey çayından ş.-dəkı ərazilərin şm.-ı) 65%ini tutur. Ç.d., həmçinin Antarktidada buzlaqaltı süxurlarda, Arktika dənizlərinin şelf zonasında və Arktika hövzəsi akvatoriyasının əksər hissəsində yayılmışdır. Ç.d. ərazinin iqtisadi cəhətdən mənimsənil məsində spesifik şərait tələb edir. Donuşluq süxurlarının yayıldığı rnlarda tikiləcək müxtəlif növ qurğuların layihələşdiril məsinin elmi əsasları mühəndisi geokriologiya tərəfindən hazırlanır. Bəzən Ç.d. termini “çoxillik kriolitozona” termininin sinonimi kimi işlədilir.
Чохиллик донушлуг. Лена чайынын сащилляри (Йакутийа).