ÇÁMBAL – Hindistanda çay. Camna çayının (Qanq hövzəsi) sağ qolu. Uz. təqr. 830 km, hövzəsinin sah. təqr. 135 min km2. Dekan yaylasının şm.-ından, Vindhya d-rından başlanır, Malva platosu ilə, aşağı axınında isə Hind-Qanq ovalığı ilə axır. Yağış suları ilə qidalanır, yayda gursuludur. Ortaillik su sərfi təqr. 600 m3/san, maks. 20 min m3/san-dəkdir. Əsasən suvarmada istifadə olunur. Rampur ş. yaxınlığında iri su anbarı yaradılmışdır. SES-lər var. Ayrı-ayrı sahələrdə gəmiçiliyə yararlıdır. Kota ş.-i Ç.-ın sahilindədir.
Чамбал чайы.