ÇAMIRLI – İrəvan xanlığının Göyçə mahalında (9.9.1930 ildən Basarkeçər, 11.6. 1969 ildən Vardenis r-nu), Alagöl çayının sahilində azərb.-ların yaşadığı kənd. 1918 ildə kənd erməni-daşnak hücumlarına məruz qalmış, dağıdılmış, əhalisi isə qovulmuşdur. 1922 ildə kəndin qaçqın əhalisi geri qayıdaraq kəndi yenidən abadlaşdırmış, lakin 1929 ildə kənd ləğv edilmiş, əhalisi qonşu kəndlərə köçürülmüşdür.