ÇANAXÇI, Aşağı Çanaxçı – İrəvan xanlığında Vedibasar mahalının (9.9.1930 ildən Vedi, 15.5.1968 ildən Ararat r-nu) Çanaxçı bölgəsində, Hortun çayının yuxarı axarında azərb.-ların yaşadığı kənd. İrəvan xanlığının Rusiya tərəfindən işğalından sonra kəndə İrandan köçürülmüş erməni ailələri yerləşdirilmişdir. 19 əsrin ortalarında kəndin azərb. əhalisi tamamilə sıxışdırılıb çıxarılmışdır. 1830-cu illərdə yaxınlıqdakı Hortun kəndi Yuxarı Çanaxçı adlandırıldığından Ç. mənbələrdə Aşağı Ç. kimi də qeyd olunurdu.