ÇANAQÇI – Azərb. Resp. Xocalı r-nunda kənd. Çanaqçı ə.d.-nin (Çanaqçı, Sığnaq k.-ləri daxildir) mərkəzi. R-n mərkəzindən 20 km c.-da, Qarabağ silsiləsinin ətəyindədir. Əhalisi işğaldan (1992, fevral) əvvəl əkinçilik və heyvandarlıqla məşğul olmuşdur. Orta məktəb, mədəniyyət evi, kitabxana, tibb məntəqəsi, memarlıq abidələrindən qala, arxeoloji abidələrdən Tunc dövrünə aid qəbiristan var idi.