ÇANAQÇI – Azərb. Resp. Daşkəsən r-nunda kənd. Çanaqçı ə.d.-nin (Çanaqçı, Zivlan k.-ləri daxildir) mərkəzi. R-n mərkəzindən 21 km c.-ş.-də, Çanaqçı çayının (Gəncə çayının sağ qolu) sahilində, dağ ətəyindədir. Əh. 412 (2011); heyvandarlıq, əkinçilik və bağçılıqla məşğuldur. Tam orta məktəb, mədəniyyət evi, kitabxana, tibb məntəqəsi var.