ÇANAQQALA – Türkiyənin şm.-q.-ində, Mərmərə bölgəsində il. Sah. 9,9 min km2. Əh. 474,8 min (2008). İnz. m. Çanaqqala ş.- dir. İlin ərazisi Çanaqqala boğazı ilə iki hissəyə bölünür. Böyük hissəsi Anadoluda (Asiya qitəsində), digər hissəsi Frakiyadadır (Avropa qitəsində). Səthi, əsasən dağlıqdır; ovalıqlar az yer tutur. Kiçik çaylarının bir qismi Mərmərə dənizi hövzəsinə, digər qismi isə Çanaqqala boğazı hövzəsinə aiddir. İqtisadiyyatını heyvandarlıq (qoyun, keçi və s.) və əkinçilik (taxıl, pambıq) təşkil edir; günəbaxan, tütün, zeytun, tərəvəz yetişdirilir.