ÇANI – RF-nin Novosibirsk vil.-ndə, Baraba çölündə, 106 m yüksəklikdə axarsız göl. Sah. 1990–2600 km2 (səviyyə dəyişkənliyindən asılı olaraq), orta dərinliyi 2,2 m, maks. dərinliyi 10 m-ədəkdir. Sahilləri güclü parçalanmışdır; şm.-ş.-dən c.-q.-ə uzanan çoxlu ada var. Göl Kiçik Ç. gölü ilə axarla birləşir. Əsasən, qar suları ilə qidalanır. Səviyyə tərəddüdü amplitudu təqr. 3 m-dir. Oktyabrın ikinci yarısı –noyabrın birinci yarısından mayadək donmuş olur. Suyu şortəhərdir. Balıq ovlanır.
Чаны эюлц.