ÇANKIRI – Türkiyənin İç Anadolu bölgəsində il. Sah. 7,4 min km2. Əh. 176 min (2008). İnz. m. Çankırı ş.-dir. Səthi əsasən dağlıqdır (şm.-da İlgəz, c.-da Koroğlu d-rı). Koroğlu d-rı Qızıl İrmaq çayı dərəsinə doğru enərək düzənliklərə keçir. İlin dağlıq hissəsi yüksək seysmikliyi ilə seçilir. İqlimi kontinentaldır, qışı soyuq (yanvarın orta temp-ru 0,2°C), yayı istidir (iyulun orta temp-ru 23,5°C). Çay şəbəkəsini, əsasən, Qızıl İrmaq və onun qolları və Soğanlı çayının yuxarı axını təşkil edir. Yağıntının illik miqdarı 500–700 mm, dağlarda 1000 mm-dir. Faydalı qazıntıları: daşduz, gips, mis, qonur kömür və s. İqtisadiyyatını əkin- çilik (taxıl, tərəvəz) və heyvandarlıq təşkil edir. Kustar toxuculuq inkişaf etmişdir.