ÇAPAĞAN – Azərb. Resp. Şəki r-nunun Aşağı Küngüt ə.d.-ndə kənd. R-n mərkəzindən 16 km c.-ş.-də, Şəki–Oğuz avtomobil yolundan 5 km aralı, Küngüt çayının sahilində, Qanıx-Əyriçay çökəkliyindədir. Əh. 337 (2011); heyvandarlıq və bitkiçiliklə məşğuldur. Ümumi orta məktəb, kitabxana, klub, tibb məntəqəsi var.