ÇAPÁLA (Chapala) – Meksikada, Meksika yaylasının c.-unda göl. Təqr. 1500 m hünd.-dədir. Sah. 1038 km2 (ölkədə ən böyük). Orta dərinliyi təqr. 7 m, ən dərin yeri 33 m; son illər suqoruyucu meşələrin qırılması və suyunun suvarmaya götürülməsi ilə əlaqədar səviyyəsi aşağı düşməkdədir. Gölə Lerma çayı tökülür. Sakit okeana tökülən Rio-Qrande-de-Santyaqo çayı göldən axır. Sahillərində kurortlar var. Okotlan ş. Ç. sahilindədir. Qvadalaxaru ş.-nin su təchizatı Ç.-dandır.
Чапала эюлц.