ÇAPARLI – Azərb. Resp. Ağsu r-nunda kənd. Çaparlı ə.d.-nin (Çaparlı, Ağabəyli, Qiyaslı, Rəhimağalı k.-ləri daxildir) mərkəzi. R-n mərkəzindən 7 km c.-ş.-də, Ləngəbiz silsiləsinin ətəyindədir. Əh. 762 (2011); heyvandarlıq və əkinçiliklə məşğuldur. Tam orta məktəb, klub, kitabxana, tibb məntəqəsi var.